Dünya

Alimlər istifadə müddəti bitmiş məhsulları müəyyən edən etiketlər hazırladılar

23 Avqust 2017 20:04
0 Şərh     Baxış: 1 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı alimlər qida məhsulları və kosmetik vasitələrin yararlılıq müddətini müəyyən edən etiketlər hazırlayıblar.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, etiketlər xüsusi maddə ilə işlənmiş kağızdan hazırlanıb. Bu maddə potensial təhlükəli kimyəvi birləşmələrlə qarşılıqlı təsir zamanı rəngini dəyişir. İxtiraçı Silvana Andresku bildirib ki, bu etiketləri müxtəlif məqsədlər, eləcə də qidada olan təhlükəli bakteriyaların aşkarlanması üçün istifadə etmək olar.

Etiketlərin sınaqdan keçirilməsi zamanı alimlər onların köməyi ilə kif göbələklərinin istehsal etdiyi, taxıl və qəhvədə tez-tez rast gəlinən zəhərli okratoksin A maddəsinin mövcudluğunu aşkar ediblər. Alimlər ümid edirlər ki, etiketlər bağırsaq çöpü, salmonella və digər təhlükəli mikroorqanizmləri aşkar edə biləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.