Dünya

Avropa ənənəvi enerji növlərindən imtina edir

23 Avqust 2017 16:52
0 Şərh     Baxış: 1 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa ənənəvi enerji növlərindən imtina edərək alternativ enerjidən istifadəni qəti şəkildə artırmağa davam edir. 

Milli.Az report-a istinadən xəbər verir ki, hazırda təbii qaz Avropada, əsasən, elektrik stansiyalarına və istixanalara paylanılır.
Qeyd edək ki, 2016-cı ilin sonunda Qərbi, Şərqi Avropa və Türkiyədə generasiya edilən elektrik enerjisinin 16,6%-i alternativ mənbələrdən (günəş, külək, bioyanacaq və geotermal mənbələr) təmin edilib. 1996-cı ildə bu göstərici 1%-dən aşağı, 2006-cı ildə isə 4,6% təşkil edib. Hazırda elektrik enerjisinin illik generasiyası 611 teravatt, 2006-cı ildə 172, 1996-cı ildə 33 teravatta bərabər olub. 2030-cu ilə qədər ekspertlər məcmu elektrik enerjisinin 35%-nin alternativ mənbələrdən generasiya ediləcəyini düşünürlər.

Xatırladaq ki, Norveç artıq tam şəkildə, Avstriya, Danimarka, İsveç, İsveçrə və Portuqaliya isə 50%-dən yuxarı "yaşıl energetika" ilə (su elektrik stansiyaları və alternativ enerji növləri) özünü təmin etməyə başlayıb. Atom enerjisi də nəzərə alınarsa, əsas Avropa ölkələrinin enerji balansında qaz, kömür və neftin payı sıfıra yaxınlaşır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.