Dünya

Rusiyada işdən çıxarılan şəxs 3 nəfəri öldürdü, 2 nəfəri yaraladı

23 Avqust 2017 12:46
0 Şərh     Baxış: 1 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Nijni Novqorod şəhərində "QAZ" avtomobil zavodunun ərazisində bir kişi bıçaqla insanlara hücum edərək 3 nəfəri öldürüb, 2 nəfəri ağır yaralayıb.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, həmin şəxs zavodun keçmiş işçisi olub. İddialara görə, hücum edən şəxs bu yolla onu işdən çıxaran zavod rəhbərliyindən qisas alıb.

"O, işə gəlmişdi. Ona dedilər ki, işdən çıxarılıb. O da özünü saxlaya bilməyib bu hadisəni törətdi", - zavodun əməkdaşlarından biri bildirib.

Hadisə yerinə təcili tibbi yardım maşınları və həkimlər cəlb olunub.

Hələlik hüquq -mühafizə orqanları rəsmi açıqlama verməyib.

"Newsroom24" saytının verdiyi son məlumata görə, qətli törədən şəxs artıq saxlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.