Dünya

Şimali Koreya döyüş başlıqlarının sayını artıracaq

23 Avqust 2017 09:13
0 Şərh     Baxış: 1 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Koreya lideri Kim Çen In Kimyəvi Materiallar Elmi İnstituta baş çəkərək bərk yanacaqlı raket mühərrikləri və döyüş başlıqlarının istehsalının artırılmasına dair göstəriş verib.   

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
 
"Kim Çen In elmi instituta dəqiq dəzgahlar, karbon və qarışıq materiallardan istifadə etməklə bərk yanacaqlı raket mühərrikləri və döyüş başlıqlarının istehsalını artırmağı tapşırıb", - deyə məlumatda bildirilir.
 
Şimali Koreya bundan əvvəl ABŞ-ın aviabazasının yerləşdiyi Quam adasına zərbənin endirilməsi ilə bağlı hazırlıq işlərinin başa çatdırıldığını bəyan edib.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.