Dünya

Barselona hücumu: daha böyük faciə ola bilərdi

22 Avqust 2017 22:56
0 Şərh     Baxış: 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Barselona hücumunu törətməkdə şübhəli bilinən şəxs məhkəmə qarşısında daha böyük hücumun planlaşdırıldığını etiraf edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Mohamed Houli Chemlal dörd şübhəlinin dinləmələrə çıxarıldığı Madrid məhkəməsində ifadə verib.

O, çərşənbə günü Alkanar şəhərində evi darmadağın edən partlayışda xəsarət alıb. İddialara əsasən həmin mənzildə hücumlar üçün bomba hazırlanırmış.

Ötən həftə Barselona və başqa yerlərdə baş verən hücumlar 15 nəfərin ölümünə səbəb olub, daha 100 nəfər xəsarət alıb.

Həmləni həyata keçirən şəbəkənin 8 üzvündən ikisi Alkanar partlayışında ölüb. Daha 6 nəfər isə polis atəşi ilə öldürülüb.

Basqında şübhəli bilinən sonuncu şəxs bazar ertəsi Barselonadan qərbdə yerləşən üzüm bağlarında qətlə yetirilib. Hadisədən sonra həbs edilmiş şübhəlilər məhkəməyə çıxarılmaq üçün Barselonadan Madridə gətirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.