Dünya

ABŞ Rusiyanın 4 vətəndaşına və 1 şirkətinə sanksiya tətbiq etdi

22 Avqust 2017 18:58
1 Şərh     Baxış: 1 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Rusiya Federasiyasının 4 vətəndaşını Şimali Koreya ilə bağlı sanksiya siyahısına daxil edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında deyilir.  
Sanksiyaya məruz qalan rusiyalılar bunlardır: "Velmur Management PTE LTD" şirkəti ilə bağlılığı olan İrina Xyuiş, "Gefest-M" və "Korea Tangun Trading Corporation" şirkətləri ilə bağlılığı olan Ruben Kirakosyan, eləcə də Mixail Pisklin və Andrey Serbin.  
 
Moskva şəhərində qeydiyyatda olan "Gefest-M" şirkəti də sanksiya siyahısına salınıb. Bu şirkət Şimali Koreyanın "Tangun" ticarət korporasiyası ilə əlaqədə ittiham olunur.
 
Sanksiyaya məruz qalanlar arasında Çinin 5, Namibiyanın 2 və Sinqapurun 2 şirkəti də var.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.