Dünya

Ərdoğan: "Bu vətəni bölməyə çalışanlara hər tərəfi məzar edərik"

22 Avqust 2017 16:06
0 Şərh     Baxış: 1 454
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:06

"Suriyada başqa bir dövlətin qurulmasına əsla icazə verməyəcəyik".

Milli.Az report.az-a istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli icra başçılarının 39-cu toplantısında bildirib.

"Terror qruplaşması PYD və YPG-nin (hər ikisi terrorçu PKK qruplaşmasının Suriyadakı qollarıdır - "Report") "dövlət" qurmasına imkan verməyəcəyik. Bəziləri "kürd dövləti" deyib durur. Suriyada başqa bir dövlətin qurulmasına əsla icazə verməyəcəyik. Bu vətəni bölməyə çalışanlara hər tərəfi məzar edərik", - dövlət başçısı vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriyanın şimalında 2 min kvadratkilometr Türkiyənin nəzarəti altındadır: "Cerablus, Rai, Əl-Babı terrorçulardan təmizlədik. Oradakı 2 min kvadratkilometrlik sahəyə nəzarət edirik. Onların hədəfi Aralıq dənizinə çıxmaqdır. Cudi, Tendürek, Kandil, Gabarda terrorçulara qarşı apardığımız mübarizəni hər yerdə davam etdirəcəyik".
Qeyd edək ki, terrorçu PKK-nın Suriyadakı qolları havadarlarının yardımı ilə Aralıq dənizinə çıxmağı hədəfləyirlər. 

-----------

15:02

"Türkiyə Suriyanın şimalında yeni kürd dövlətinin yaranmasına icazə verməyəcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan qeyd edib ki, YPG və PYD üçün hər hansı dövlətin qurulması yolverilməzdir: "YPG və PYD terror təşkilatlarıdır, məqsədləri Suriyanın şimalında terror dəhlizi quraraq Aralıq dənizinə çıxış əldə etməkdir".

Ərdoğan bəyan edib ki, Türkiyə Suriyada terrorçuların planına mane olmaq üçün əlindən gələni edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.