Dünya

ABŞ-da məhkəmə hakimi cinayətkarı güllələyib

22 Avqust 2017 08:38
0 Şərh     Baxış: 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Ohayo ştatında məhkəmə hakimi özünü müdafiə etməkdən ötrü silahdan istifadə edib və ona hücum etmiş cinayətkarı güllələyib.

"Report" xəbər verir ki, bu barədə "Washington Post" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə Styubenvill şəhərində, məhkəmə binasının yanında baş verib. Cozef Brazziz işə gələrkən məhkəmə binasının yanında onu gözləyən cinayətkar hakimə atəş açıb. Lakin Brazziz özünü itirməyib. O, tapançasını çıxararaq cavab atəşi açıb. Nəticədə cinayətkar öldürülüb. Bundan əlavə, hakimin köməyinə polis də gəlib.
Nəticədə cinayətkar öldürülüb, xəsarət almış Brazziz isə xəstəxanaya çatdırılıb. Onun həyatı üçün təhlükənin olmadığı bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.