Dünya

Bu şəhəri tərk edən sakinlərin sayı 40 minə yaxınlaşır

21 Avqust 2017 22:58
0 Şərh     Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təlafər şəhərinin İŞİD terrorçularından azad edilməsi ilə bağlı keçirilən hərbi əməliyyatlarla əlaqədar şəhəri məcburi tərk edən sakinlərin sayı 40 minə yaxınlaşır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib.

"40 minədək insan Təlafəri artıq tərk edib. Çox güman ki, yaxın günlərdə şəhəri tərk etmək məcburiyyətində qalanların sayı artacaq", deyə S.Düjarrik qeyd edib.
 
BMT-nib İraq üzrə humanitar əlaqələndiricisi Liz Qrande bildirib ki, şəhərdə qida və su ehtiyatları tükənmək üzrədir.
 
Qeyd edək ki, İraqın Təlafər şəhərinin terrorçulardan azad edilməsi əməliyyatı avqustun 20-də başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.