Dünya

Ofisiant tualetin yerini soruşan qızı zorladı - FOTO

21 Avqust 2017 16:22
4 Şərh     Baxış: 6 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulun Kadıköy ərazisində qəhvəxanada P.K. adlı 20 yaşlı qıza təcavüz olunub.

İş yerinin tualetində qızı zorlamaqda təqsirləndirilərək həbs olunan 17 yaşlı ofisiant H.A.-ya prokuror 17 il həbs cəzası istəyib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, hadisə 19 may günü baş verib.

Uşaq Ağır Cəza Məhkəməsinə göndərilən iddianamədə, qızın ofisiant H.A.-dan tualetin yerini soruşduğu, şübhəli H.A. da P.K.-nı ayaqyoluna salaraq zorladığı haqda məlumatlar yer alıb.

Qeyd olunur ki, H.A. qızı zorladıqdan sonra tualetin qapısının kilidini açıb. 

İddianamədə ofisiantın qıza bıçaqla hədə-qorxu gəldiyi qeyd edilib. Zərərçəkənin şikayətindən sonra ofisiant həbs edilib.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.