Dünya

Oğlan zorladığı qızla evləndi - Əvvəllər dostu ilə də yatıb - FOTO

21 Avqust 2017 11:48
14 Şərh     Baxış: 16 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Diyarbəkir şəhərində oğlan həbsə girməmək üçün zorladığı qızla evlənib.

Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, Diyarbəkirdə K.Ç adlı qız 17 yaşındaykən M.N.E-nin sonra da, onun dostu V.B- nin təcavüzünə uğrayıb. Qız onları polisə şikayət edib. Oğlanlar saxlanılıb. Lakin ailələr arasında danışaraq razılaşıblar. Qız imam nikahı ilə V.B-ya ərə verilib. Toy şəkilləri məhkəməyə dəlil kimi göstərilib. Oğlanların hər ikisi sərbəst buraxılıb. Qız isə toyun səhəri günü evə göndərilib.

Qız başına gələnləri "Hürriyet"ə danışıb. 

O bildirib ki, 2014-cü ildə sosial şəbəkədə oğlanla tanış olub, daha sonra isə onunla məcburi intim münasibət yaşayıb. Bir müddət keçdikdən sonra oğlanın dostu qıza yaxınlaşaraq "M.N.E ilə nə yaşadığını bilirəm. Mənimlə yatmasan, səni biabır edərəm" deyib və zorla gətirdiyi evdə bədəninə bıçaq dirəyərək ona təcavüz edib. Oğlan qızı zorlayarkən onu videoya çəkib və sonralar şantaj edərək onunla bir neçə dəfə də cinsi əlaqədə olub.

Qız başına gələnlərə dözə bilməyərək polisə gedib. O, oğlanların hər ikisini polisə verib.

Ailələr danışaraq razılaşıblar. Qız imam nikahı ilə V.B-ya ərə verilib. Toy şəkilləri məhkəməyə dəlil kimi göstərilib. Oğlanların hər ikisi sərbəst buraxılıb.

Emin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.