Dünya

Dünya çempionunu öldürən azərbaycanlı tutuldu - YENİLƏNİB - VİDEO - FOTO

20 Avqust 2017 23:06
15 Şərh     Baxış: 16 380
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:06

2011-ci il pauerliftinq üzrə dünya çempionatının 120 kq dərəcəsində gümüş medalçısı, rusiyalı Andrey Draçovu dünən Xabarovsk şəhərində döyərək ölümünə səbəb olmuş azərbaycanlı MMA döyüşçüsü Anar Allahverənov saxlanılıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, polisin təşkil etdiyi genişmiqyaslı axtarış tədbirləri nəticəsində A.Draçovun qətlə yetirilməsində şübhəli bilinən şəxs tutulub. Azərbaycanlı idmançının hansı şəraitdə saxlanılması barədə məlumat verilmir.

----------

20:28

Xəbər verdiyimiz kimi, bu gecə pauerliftinq (güc üçnövçülüyü) üzrə 120 kiloqram çəki dərəcəsində dünya və Avropa çempionu Andrey Draçev Xabarovskda qətlə yetirilib.

Milli.Az sputnik.az-a istinadən bildirir ki, onun ölümündə milliyətcə azərbaycanlı idmançı Anar Allahverənov şübhəli bilinir.

Artıq polis Anar barəsində axtarış elan edib. Maraqlıdır ki, o, Anar Alax Ziranov kimi axtarılır. 1992-ci ildə Amurskda doğulan Anarın əsl adı və soyadı isə Allahverənov Anar Əliyar oğludur. O, "odnoklassniki" və "vkontakte" sosial şəbəkələrində bu adla oturur. Anarın dostluğunda xeyli sayda azərbaycanlı var.

Anar Allahverənov uzun illərdir ki, qaydasız və əlbəyaxa döyüş növləri ilə məşğuldur. Onun Çingiz Fərzəliyev adlı tanışı, Anarın uzun illərdir idmanla məşğul olduğunu təsdiq edib: "Qarışıq döyüş növləri, MMA ilə məşğul olub. Biz, təxminəm 1.5 il bir yerdə məşq etmişik. Sonra mən zədələndim və ayrıldım. O, ordu əlbəyaxa döyüşü üzrə idman ustalığına namizəddir. Deyəsən, döyüş sambosu üzrə də dərəcəsi var. O, daima turnirlərdə çıxış edirdi".

Çingiz bildirib ki, Anar onunla bir yerdə oxuyur: "Dəmiryolu institutunda oxuyuruq. Qeyri-rəsmi olaraq hansısa tikintidə briqadir işləyirdi. O, gəncdir, dəliqanlıdır. Qanı coşub. Amma məşq edənlərin hamısının qanı coşur".

Qeyd edək ki, Rusiya mətbuatına danışan bəzi "şahidlər" dünya çempionunu "bir qrup qafqazlının" döyüb öldürdüyünü iddia edirdilər. Müşahidə kameraları isə Andrey Draçevin Anar Allahverənovla təkətək döyüşdə döyüldüyünü sübut edir. Digərləri isə nəinki dünya çempionunu döymür, hətta Anarı ondan aralamağa çalışırlar.

---------

17:56

Rusiyada pauerliftinq üzrə dünya çempionunu öldürən azərbaycanlı axtarışa verilib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə NTV məlumat yayıb.

Xabarovsk polisi pauerliftinq üzrə dünya çempionu Andrey Draçyovu öldürməkdə şübhəli bilinən Amursk şəhər sakini, 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğlunu axtarır.

Rusiya Daxili İşlər Nazirliyinin Xabarovsk diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib ki, hazırda polis onun ola biləcəyi hər yeri axtarır və şəhərin müşahidə kamerasını nəzərdən keçirir.

"Bu, onun yaşadığı, olduğu və dincəldiyi yerlərdir. Onun tanışlarının bütün dairəsi öyrənilir", - deyə Rusiya Daxili İşlər Nazirliyinin Xabarovsk diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib.

Hüquq-mühafizə orqanları həmçinin hava limanını, vağzalları və yolları yoxlayırlar. Şübhəli şəxsin olduğu istiqamətə post-patrul xidmətinin bütün əməkdaşları göndərilib.

Harada yaşaması ilə bağlı pasport qeydiyyatının tələb olunmadığı mehmanxanaların sahibləri bu barədə məlumatlandırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Pauerliftinq üzrə dünya ikincisi öldürüldü

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.