Dünya

Baş Prokuror ölkədən qaçdı

20 Avqust 2017 09:33
0 Şərh     Baxış: 524
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Venesuelanın baş prokuroru Luiza Orteqa Diaz Kolumbiyaya sığınıb.

Milli.Az sputnik.az-a istinadən bildirir ki, bu barədə Kolumbiyanın İmmiqrasiya İdarəsi yazılı məlumat yayıb.

"Venesuela parlamentinin üzvü, həmçinin Respublikanın Baş prokuroru xanım Luiza və digər deputat German Ferrer ölkəmizə sığınıb. Onlar Venesuelanın şimalındakı, Hollandiya Krallığına aid Aruba adasından xüsusi təyyarə ilə paytaxt Boqotaya gəliblər" - məlumatda bildirilib.

Qeyd edək ki, baş prokuror Luiza Orteqa Venesuela prezidenti Nikolas Maduronu ölkəni diktaturaya çevirməkdə təqsirləndirmişdi. Daha sonra o, ordunun təzyiqi ilə zorla vəzifədən uzaqlaşdırılmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.