Dünya

Mərakeş kralı 400 şəxsi əfv edib

20 Avqust 2017 10:40
0 Şərh     Baxış: 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərakeş kralı VI Məhəmməd terrorçuluq ittihamı ilə məhkum edilmiş 400-dən çox şəxsi əfv edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, əfv fərmanı Mərakeş inqilabının 64-cü ildönümü ilə əlaqədar imzalanıb.
 
"Məhkumlar milli dəyərlərə rəsmi olaraq sadiqliyini ifadə ediblər, ekstremizm və terrorçuluqdan imtina etdiklərini bəyan ediblər, habelə həbsdə olduqları müddətdə yaxşı davranış nümayiş etdiriblər", - deyə Mərakeş Ədliyyə Nazirliyinin bəyanatında bildirilir.  
 
Qeyd edək ki, iyulun sonunda Mərakeş kralı VI Məhəmməd etirazlarda iştiraka görə həbs olunmuş 1200 məhbusu əfv edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.