Dünya

Türkmənistanda oktyabradək spirtli içkilərin satışı qadağan edilib

19 Avqust 2017 20:18
0 Şərh     Baxış: 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin sentyabrında "Aziat-2017" oyunularının keçirilməsi zamanı ictimai asayişi təmin etmək üçün Türkmənistanda oktyabradək spirtli içkilərin satışı qadağan edilib.

Milli.Az "Report"a istinadən bildirir ki,bu barədə Türkmənistan Ticarət Nazirliyinin əməkdaşı bildirib.
"Qadağanın tətbiqində əsas məqsəd avqustun 17-dən hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirləri ilə əlaqədar ictimai asayişi və əmin-amanlığı təmin etməkdir", - adının çəkilməsini istəməyn nazirlik əməkdaşı vurğulayıb.
Qeyd edək ki, cari il sentyarbın 17-də ölkə paytaxtı Aşqabadda 5-ci "Aziat-2017" oyunlarının təntənəli açılışı olacaq. Oyunlar sentyabrın 27-də başa çatacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.