Dünya

Aralarında MODEL və AKTRİSA da var - Narkotik şəbəkəsi ələ keçdi - FOTO

19 Avqust 2017 11:53
0 Şərh     Baxış: 3 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbul polisi Nişantaşıda narkotik əməliyyatı keçirib. 
 
Milli.Az Habertürk-ə istinadən xəbər verir ki, əməliyyat öncəsi əvvəlcə bir qadın polis narkotik asılılığı təəssüratı bağışlamaq üçün aktyorluq təhsili alıb. Polis bir narkomanın "alverçi"yə necə sifariş verəcəyini və necə davranacağını öyrənib. İstanbul Narkotikə qarşı Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları Şişli və Nişantaşıda zənginlərə narkotik satan şəbəkə üzvlərini tutmaq üçün hərəkətə keçib.


 
Əməliyyat üçün hazırlıq görən polislər lüks bir kluba daxil olublar. Polis qadın Whatsapp vasitəsi ilə şəbəkə üzvlərinə bir-bir yazaraq müştəri kimi sifariş verib. Qadın polisin mesaj yazdığı hər şübhəli qadın polisə Whatsapp-dan görüntülü zəng edərək onun, həqiqətən, bir narkotik istifadəçisi olub-olmadığını yoxlayıb. Müştəri rolunu uğurla oynayan qadın polis dəstə üzvlərini ayağına qədər gətirib. Dünən səhər saat 10 radələrində başlayan narkotik əməliyyatı axşam gecə saatlarına qədər davam edib. Sifariş verən qadın polisə narkotik gətirən şəbəkə üzvləri kafedə cinayət üstündə tutulublar.


 
Narkotik alverçiləri arasında modellər və aktrisa da var
 
Aralarında model Burak S, model-aktrisa Sevgi A. ilə birlikdə Həmzə A, Muharrem Zafer A, İbrahim T, Engin İ, Əmrah E, Dilek Ö.Cüneyd Ə. adlı şübhəlilərin olduğu cinayətkar dəstə saxlanılıb. 

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.