Dünya

Barselonadakı terrorda şübhəli bilinən 3 nəfər məhv edilib

18 Avqust 2017 23:48
0 Şərh     Baxış: 1 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya polisi Barselonada törədilən terror aktlarında şübhəli bilinən 3 nəfəri məhv edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "El Mundo" qəzeti yazıb.

Bundan əvvəl Barselonanın mərkəzində avtomobili piyadaların üzərinə sürən terrorçunun öldürüldüyü bildirilirdi.
 
Ötən gün Barselonanın mərkəzində  naməlum şəxs idarə etdiyi yük maşınını kütləyə çırpıb. Daha sonra Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını piyadalın üzərinə sürüblər. Son məlumatlara əsasən, İspaniyada törədilən terror aktları nəticəsində 15 nəfər ölüb, 130 nəfər yaralanıb.  Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.