Dünya

Finlandiyada bıçaqlı hücum: ölənlər və yaralananlar var - YENİLƏNİB

18 Avqust 2017 22:35
0 Şərh     Baxış: 1 405
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:35

Finlandiya polisi Turku şəhərindəki hücumu terror aktı kimi qiymətləndirmir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Finlandiya daxili işlər nazirliyinin məlumatında bildirilir.

"Hazırda polis baş vermiş insidenti terror aktı kimi qiymətləndirmir. Buna baxmayaraq, polis və Sərhəd xidməti bütün ölkə ərazisində təhlükəsizlik tədbirlərini gücləndirib", məlumatda qeyd olunub.
 
Bu axşam Finlandiyanın Turku şəhərində naməlum şəxs bıçaqla bir qrup insana hücum edib. İnsident nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Polis tərəfindən yaxalanan cinayətkarın şəxsiyyəti müəyyənləşdirilir.

---------
 
20:44
 
Finlandiyanın Turku şəhərində naməlum şəxs bıçaqla bir qrup insana  hücum edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, azı 8 nəfər yaralanıb.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb. İnsidentin terror aktı olub-olmaması araşdırılır. 

-----------

19:00

Finlandiyanın Turku şəhərində naməlum şəxsin bıçaqla insanlara hücumu nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, polis atəş açaraq həmin şəxsi ayağından yaralayıb.

Hazırda o, polis tərəfindən saxlanılıb.

----------

18:48

Finlandiyanın Turku şəhərində naməlum şəxs bıçaqla insanlara hücum edərək bir neçə nəfəri yaralayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, polis atəş açaraq həmin şəxsi ayağından yaralayıb.

Hazırda o, polis tərəfindən saxlanılıb.

Hadisə nəticəsində yaralıların sayı və ya itkilərin olması barədə hələlik məlumat verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.