Dünya

Qadını hamamda bıçaqladı - "Hətta pul da təklif etdim" - FOTO

18 Avqust 2017 18:01
1 Şərh     Baxış: 2 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Antalyanın Kemer mahalında dərzilik edən 40 yaşlı Emel Yusupova duşdaykən evə girən 14 yaşlı U.H.T. tərəfindən 8 dəfə bıçaqlanıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Emel Yusupova hadisə yerinə gələn təcili yardım həkimlərinin ilkin müdaxiləsindən sonra Kemer Dövlət Xəstəxanasına çatdırılıb. Oradan Antalya Təhsil və Araşdırma Xəstəxanasına aparılan Emel Yusupova 5 gün reanimasiyada saxlanılmaqla 10 gün xəstəxanada qalıb.

Nəzarətə alınan U.H.T. isə respublika prokurorluğunda ifadəsi alındıqdan sonra azyaşlı olduğu üçün ailəsinə təhvil verilib.

40 yaşlı xanım yeniyetmənin sərbəst buraxılmasına inana bilməyib. U.H.T.-nin həbs olunmasını istəyən Emel Yusupova "Hər kəs kimi ədalət istəyirəm. Onu necə sərbəst buraxdılar, hələ də inana bilmirəm" deyib.

Təcavüzkara gücü çatmadığı üçün müqavimət göstərə bilmədiyini deyən Yusupova əlavə edib:

"Evim iş yerinə çox yaxındır. Saat 18:00 radələri idi. Hamamdan çıxanda onu qarşımda gördüm. Qaçmaq üçün çox çalışdım, əlimdən gələni etdim. 7- 8 dəfə bıçaqla zərbə endirdi. Mənə heç nə etməməsi üçün razı salmağa çalışdım. Hadisəni heç kimə deməyəcəyimi söylədim. Hətta pul da təklif etdim. Amma razı sala bilmədim. Sonuncu dəfə ürəyimə zərbə vuranda ətrafa qan fışqırırdı. Qanın fışqırdığını görüncə "Artıq ölürsən?" soruşdu. Mən də "ölürəm, 10 dəqiqəyə öləcəm, sən get" dedim. Bu yolla bir az zaman qazanmağa çalışdım".

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qadını hamamda bıçaqladı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.