Dünya

İşə gec gələn xanım əməkdaşı müdir cəzalandırdı - Qız bir neçə gündən sonra öldü - FOTO

18 Avqust 2017 13:23
6 Şərh     Baxış: 4 429
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində müdir işçisinin ölümünə səbəb olub.

Milli.Az "Metro"ya istinadla xəbər verir ki, 15 yaşlı Xiao Fei adlı qız işə gecikdiyinə görə müdiri tərəfindən sərt cəzalandırılıb. Belə ki, müdir qızdan 100 dəfə oturub qalxmağı tələb edib. Qız isə onun əmrini yerinə yetirmək məcburiyyətində qalıb.

Qızın atasının "Guangdong Television Broadcast"a verdiyi açıqlamasına görə, Xiao evə gələndə çox pis halda olub və ayaqlarını hərəkət etdirməkdə çətinlik çəkib.

Xiaonun anası söyləyib ki, qız evə gələndə halsız idi, dərman qəbul edib və bir müddət sonra huşunu itirib. O, xəstəxanaya yatırılıb. Xiao bu ayın 7-də xəstəxanada həyatını itirib. 

Araşdırma nəticəsində məlum olub ki, qızın ölümünə səbəb nəfəs almaqda çətinlik çəkməsi olub.

Xiao Çinin Qfang daşınmaz əmlak agentliyininin Zhongshan şəhərindəki filialı olan "Sunny Garden" ofisində işçi olub. 

Məsələ ilə bağlı araşdırma davam etdirilir.

Emin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.