Dünya

İspaniyanın danışdığı türk: 10-larla həyat xilas etdi - FOTO

18 Avqust 2017 12:35
7 Şərh     Baxış: 3 210
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Barselonadakı Türk restoranının sahibi onlarla insanın həyatını xilas edib.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, 13 adamın öldüyü terror hücumunda yaralıları sahibi olduğu restorana buraxan Ercan Can qapıları bağlayaraq terrorçuların içəri girməsinə mane olub.

Ercan Can hadisənin pərdə arxasını və hücum anında yaşadıqlarından danışıb. Can hücum anında təxminən 15 adamın restoranına sığındığını və həmin kəslərlə birlikdə restoranda gözlədiklərini söyləyib.

''Qapıları bağlamasaydım içəri girəcəkdilər''

Barselonadakı dəhşət anlarını 24 TV-yə telefonla bağlanan Ercan Can "Hadisənin olduğu yerə yaxın bir yerdəydik. Mikroavtobusun divara çırpılıb dayandığını gördüm. Təxminən 10-11 ildir burada yaşayıram. Çöldə yalnız polislər və qəzaya düşən mikroavtobus var idi. Bura Barselonanın tursitlərin ən sıx olduğu prospektlərindən biridir. Hadisə saat 16:30-a kimi davam etdi" ifadələri ilə baş verənləri izah etməyə çalışıb.

Türk restoranı "Luna De İstanbul"un sahibi olan Ercan Can "Qapını bağlamasaydım, içəri girəcəkdilər. Hadisə zaman çöldə olan şahidlərin dediklərinə görə, restorana girə bilməyən iki terrorçu blokdan içəri girib, yuxarı çıxdıblar" deyib.

İspan mətbuatı terrorçunun 20-25 yaşlarında və Mərakeş əsilli bir ispan vətəndaşı olduğunu açıqlayıb. İnsanları əzən mikroavtobusun içində Driss Oukabirin şəxsiyyət vəsiqəsi tapılıb. O, Barselonanın şimalındakı Ripoll şəhərində dünən gecə saatlarında könüllü olaraq polisə gedərək təslim olub və "Vəsiqəmi qardaşım oğurlayıb, mən günahsızam" deyib. Oukabir nəzarətə alınıb. İndi Drissin 18 yaşlı qardaşı Moussa axtarılır.

Hücum zamanı bir TÜRK AĞIR YARALANDI

Polis Las Ramblasdakı bu terakt zamanı xeyli sayda ölənin olduğu haqda məlumat verib.

İlk rəsmi açıqlamaya görə, ən azı 13 insan həyatını itirib. Səfirlik terakt zamanı ağır yaralananlar arasında Türkiyə vətəndaşının olduğunu bildirib.

Qeyd edək ki, ötən gün axşam saatlarından Barselona şəhərində terrorçu mikroavtobusu insanların üzərinə sürüb. Nəticədə 13 nəfər ölüb, 119 nəfər xəsarət alıb.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.