Dünya

Uzun müddətdir yoxa çıxan kənd sakini timsahın mədəsində tapıldı - VİDEO - FOTO

18 Avqust 2017 11:45
2 Şərh     Baxış: 3 320
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qorxunc hadisə Braziliyada baş verib. Uzun müddətdir itkin düşən kişinin sümükləri, saçları və dəri parçaları timsahın mədəsindən çıxarılıb. 

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, 47 yaşlı Edilson de Oliveira Braziliyanın mərkəzində yerləşən Tocantins şəhərindəki Javae çayı boyunca digər kəndlilərlə birlikdə düşərgə qurarkən yoxa çıxıb.

Olivera timsah ovlayarkən başqa bir timsah tərəfindən hücuma məruz qalıb. Timsahın Oliveiranı suya sürükləyib, yediyindən şübhələnən dostları onu izləməyə başlayıblar. Ertəsi gün kəndlilər şübhələndikləri timsahı öldürüblər.

SÜMÜK, DƏRİ VƏ SAÇ QALIĞI TAPILDI

Düşünüldüyü kimi, timsahın mədəsindən sümük, dəri və saç aşkar edib çıxaran kəndlilə məsələ ilə əlaqədar səlahiyyətlilərə məlumat veriblər. Çərşənbə axşamı cəsəd qalıqları ekspertizaya göndərilib və məlum olub ki, Oliveiranı, həqiqətən də, timsah yeyib.

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Uzun müddətdir yoxa çıxan kənd sakini timsahın mədəsində tapıldı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.