Dünya

İspaniyada azı 6 nəfərin terror aktları ilə əlaqəsi olub - 5-i öldürülüb - YENİLƏNİB

18 Avqust 2017 10:41
1 Şərh     Baxış: 1 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:41

İspaniyanın Barselona, Kambrils və Alkanar şəhərlərində baş verən terror aktları ilə təxmini 6-8 nəfərin əlaqəsi olub.

Trend-in "Cadena SER" radiostansiyasına istinadən verdiyi xəbərə görə, Kambrilsdə hücum törədən 5 terrorçu zərərsizləşdirilib. Onların üzərində "şəhid kəməri" olduğu bildirilir.

Bununla əlaqədər polis idarə olunan bir neçə partlayış törətmək niyyətindədir.

Qeyd edək ki, Barselonada törədilmiş terror aktı nəticəsində 13 nəfər ölüb, 119 nəfər xəsarət alıb. İŞİD terror təşkilatı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Kambrils şəhərində isə terror aktı 7 nəfərin yaralanmasına səbəb oldu.

----------

08:38

İspaniyanın Kambrils şəhərində antiterror əməliyyatı zamanı yaralanaraq saxlanılmış beşinci terrorçu ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Kataloniya hüquq-mühafizə orqanlarından bildirilib.

Qeyd edək ki, Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını piyadalın üzərinə sürüblər. Hücum nəticəsində iki nəfər ağır, beş nəfər isə yüngül xəsarət alıb. Yaralananlar arasında polis əməkdaşı var.
 
Məlumata görə, polisin operativ müdaxiləsi nəticəsində 4 terrorçu məhv edilib, daha biri yaralanmışdı.  
 
Terrorçuların üzərindən partlayıcı qurğular aşkarlanıb. Onlar 120 km aralıda yerləşən Barselonada ötən axşam törədilən terror aktını təkrarlamaq niyyətində olublar.  
 
Qeyd edək ki, ötən gün Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb, azı 100 nəfər isə xəsarət alıb. Terror aktını törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb, daha biri isə atışma zamanı məhv edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.