Dünya

Ərdoğan İspaniya kralına başsağlığı verib

18 Avqust 2017 08:26
0 Şərh     Baxış: 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İspaniyanın kralı VI Felipeyə Barselonanın mərkəzində törədilən terror aktı ilə əlaqədar başsağlığı verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Türkiyə başçısı İspaniyada baş verən terror aktını qətiyyətlə pisləyib.

Ərdoğan həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananların və xəsarət alanların tezliklə sağalmasını diləyib.

Qeyd edək ki, Barselonada törədilmiş terror aktı nəticəsində 13 nəfər ölüb, 119 nəfər xəsarət alıb. İŞİD terror təşkilatı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.