Dünya

İspaniyada azı 6 nəfərin terror aktları ilə əlaqəsi olub

18 Avqust 2017 07:43
0 Şərh     Baxış: 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın Barselona, Kambrilse və Alkanar şəhərlərində baş verən terror aktları ilə təxmini 6-8 nəfərin əlaqəsi olub.

Trend-in "Cadena SER" radiostansiyasına istinadən verdiyi xəbərə görə, Kambrilsdə hücum törədən 5 terrorçu zərərsizləşdirilib. Onların üzərində "şəhid kəməri" olduğu bildirilir.

Bununla əlaqədər polis idarə olunan bir neçə partlayış törətmək niyyətindədir.

Qeyd edək ki, Barselonada törədilmiş terror aktı nəticəsində 13 nəfər ölüb, 119 nəfər xəsarət alıb. İŞİD terror təşkilatı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Kambrilse şəhərində isə terror aktı 7 nəfərin yaralanmasına səbəb oldu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.