Dünya

Barselonada dəhşətli terakt: 13 ölü, 119 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

18 Avqust 2017 07:16
75 Şərh     Baxış: 6 950
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18.08.2017

07:16

İspaniyanın Barselona şəhərində mikroavtobus kütlənin üzərinə sürülüb.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb.

Reuters agentliyin məlumatına görə, terror aktı nəticəsində azı 13 nəfər ölüb.

Barselonada terror aktı nəticəsində xəsarət alanların sayı 119 nəfərə çatıb.

Hazırda polis əraziyə heç kimi buraxmır, yaxınlıqdakı metro stansiyası və mağazalar da bağlanıb.

Polis hadisəni terror aktı kimi dəyərləndirir.

------------------

17.08.2017

23:58

Barselonada terror aktı törətməkdə şübhəli bilinən şəxslərdən biri atışma zamanı öldürülüb, digəri isə saxlanılıb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bundan əvvəl yük maşınını piyadalın üzərinə sürən sürücünün kimliyinin məlum olduğu bildirilmişdi.    

Sürücünün Driss Oukabir adlı şəxs olduğu bildirilir. Polisin məlumatına görə, o, furqon tipli yük maşınını Santa-Perpetua-de-Moqoda yaşayış məntəqəsində icarəyə götürüb. Onun Melilye şəhərində anadan olduğu və Ripol rayonunda yaşadığı qeyd olunur.

Polis hazırda saxlanılan şəxsin sosial şəbəkələrdəki əlaqələrini araşdırır.  

Qeyd edək ki, bu gün Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb, azı 50 nəfər xəsarət alıb.

Polis, həmçinin, sürücünün və digər silahlı şəxsin insidentdən sonra restorana hücum edərək oradakı insanları girov götürdüyü barədə yayılan xəbərləri təkzib edib.

---------

23:29

İspaniyanın Barselona şəhərində mikroavtobus kütlənin üzərinə sürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb.

Reuters agentliyin məlumatına görə, terror aktı nəticəsində azı 13 nəfər ölüb.

Barselonada terror aktı nəticəsində xəsarət alanların sayı 80-ə çatıb.

Hazırda polis əraziyə heç kimi buraxmır, yaxınlıqdakı metro stansiyası və mağazalar da bağlanıb.

Sürücü hadisə yerindən qaçıb.

Polis hadisəni terror aktı kimi dəyərləndirir.

-----------

22:54

Barselonada baş vermiş terror aktında xəsarət alanların sayı 60 nəfərə çatıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Pais" qəzeti mülki müdafiədəki mənbəyə istinadən məlumat yayıb.

"La Vanguardia" qəzetinin məlumatına görə, mikroavtobusun kütləni vurması nəticəsində 56 nəfər klinikaya yerləşdirilib. "El Pais"in məlumatına görə, cinayətkar avtomobili küçədə 530 metrdən çox idarə edib. 

"Reuters" hadisə nəticəsində 13 nəfərin öldürüldüyünü xəbər verib.

"Periodico" qəzetinin məlumatına görə, avtomobilin sürücüsü sonradan restoran yaxınlığında gizlənib.

---------

21:54

Barselonada polis mikroavtobusu kütlənin üzərinə sürərək terror aktı törədən sürücünün şəxsiyyəti müəyyənləşib.

Milli.Az Trend-ə istinadən bildirir ki, terror aktını Drisse Oukabir adlı şəxs törədib.

Məlumata görə, bu, Driss Oukabirdir. O, avtomobili Barselona vilayətinin Santa-Perpetua-de-Moqoda yaşayış məntəqəsində icarəyə götürüb.

Terrorçu saatda 80 kilometr sürətlə mikroavtobusu kütlənin üzərinə sürüb.

Xatırladaq ki, terror aktı nəticəsində azı 13 nəfər həlak olub, 56 nəfər yaralanıb.

****

Barselonada baş vermiş terror aktında xəsarət alanların sayı 32 nəfərə çatıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Kataloniya polisi özünün "Twitter" səhifəsində yazıb.

Polis həmçinin hadisənin terror aktı olduğunu bildirib. Qeyd edək ki, terror aktı nəticəsində ölənlərin sayı 13 nəfərdir.  

21:26

İspaniyanın Barselona şəhərində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  bu barədə  İspaniyanın "Cadena SER" radiostansiyası polisə istinadən məlumat yayıb.

"El Pais" nəşri də Kataloniya polisinə istinadən məlumatı təsdiq edir.

Məlumata görə, sürücü insidentdən sonra restorana hücum edərək oradakı insanları girov götürüb. Polis əməkdaşları hadisə yerini mühasirəyə alıblar.    

****

İspaniyanın Barselona şəhərində mikroavtobus kütlənin üzərinə sürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb.

Reuters agentliyin məlumatına görə, terror aktı nəticəsində azı 13 nəfər ölüb.

Ən az 20 nəfərin xəsarət aldığı bildirilir.

Hazırda polis əraziyə heç kimi buraxmır, yaxınlıqdakı metro stansiyası və mağazalar da bağlanıb.

Sürücü hadisə yerindən qaçıb.

Polis hadisəni terror aktı kimi dəyərləndirir.

****

İspaniyanın Barselona şəhərində naməlum sürücü idarə etdiyi mikroavtobusu kütlənin üzərinə sürüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  Las Ramblas turizm bölgəsində baş vermiş hadisə nəticəsində 13 nəfər həlak olub, 20 nəfər xəsarət alıb.

Sürücü hadisə yerindən qaçıb, bölgədəki bütün metro və qatar stansiyalarına giriş-çıxışlar bağlanıb.

İspaniya polisi hadisənin terror aktı olduğunu bildirib.

20:08

İspaniyanın Barselona şəhərində mikroavtobus kütlənin üzərinə sürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb.

Ən az 20 nəfərin xəsarət aldığı bildirilir.

Hazırda polis əraziyə heç kimi buraxmır, yaxınlıqdakı metro stansiyası və mağazalar da bağlanıb.

Sürücü hadisə yerindən qaçıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Опубликовано видео с места наезда фургона на толпу в Барселоне

Videonu izləmək üçün şəklə klikləyin:
В центре Барселоны микроавтобус въехал в толпу 1

Videonu izləmək üçün şəklə klikləyin:
В центре Барселоны микроавтобус въехал в толпу

Videonu izləmək üçün şəklə klikləyin:
В Барселоне в ресторане взяты заложники

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.