Dünya

Petrosyanın 23 il əvvəl ABŞ-da keçirdiyi məxfi görüş

17 Avqust 2017 13:54
0 Şərh     Baxış: 1 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın 1994-cü ildə ABŞ-a etdiyi 9 günlük səfərlə bağlı bəzi gizli məqamlar üzə çıxıb.

Məlum olub ki, səfər 137.371 dollara başa çatıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, 1994-cü ilin yayında Petrosyan ABŞ-a rəsmi səfərə gedib. Səfər çərçivəsində Ermənistan nümayəndə heyəti Vaşinqtonda, Detroitdə, Bostonda və Los-Ancelesdə olub. Səfər erməni icmasının 137.371 dollarlıq maliyyə dəstəyi ilə baş tutub.

Petrosyan Vaşinqtonda olarkən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri ilə gizli görüş keçirib. Ermənistan üçün son dərəcə əhəmiyyətli olduğu deyilən görüşün detalları indiyədək açıqlanmayıb. 

Xatırladaq ki, görüş Bişkek razılaşmasından dərhal sonra, 1994-cü ilin yayında baş tutub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.