Dünya

Qvatemalada xəstəxanaya hücum: 7 ölü, 12 yaralı - FOTO

17 Avqust 2017 08:48
0 Şərh     Baxış: 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qvatemalada cinayətkar qruplaşmanın üzvləri həbsxanadan xəstəxanaya gətirilmiş rəhbərini qaçırmaq üçün müalicə müəssisəsinə hücum edib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə paytaxtdakı "Ruzvelt" xəstəxanasında baş verib.
Xəstəxananın direktoru Karlos Soto bildirib ki, hücum səhər saatlarında olub. Müalisə müəssisəsinə hücum edən cinayətkar qruplaşma üzvləri ətrafa atəş açıblar. Nəticədə 7 nəfər öldürülüb.
Direktorun köməkçisi Marko Antonio Barientos bildirib ki, hücum zamanı 1-i uşaq olmaqla 12 nəfər xəsarət alıb. O, uşağın vəziyyətinin ağır olduğunu deyib. Barientos bundan əvvəl də xəstəxanaya cinayətkarlar tərəfindən hücumların edildiyini və hökumətdən təhlükəsizlik qüvvəsi istədiklərini əlavə edib.
Ölkə polisi hücumda iştirak etdiyi iddia olunan 5 nəfərin tutulduğunu, onların "Mara Salvatruca" cinayətkar qruplaşmasının üzvləri olduğunu açıqlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.