Dünya

600 miqrant xilas edilib

16 Avqust 2017 23:07
0 Şərh     Baxış: 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya sahil mühafizə xidməti sutka ərzində Avropaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 600 miqrantı xilas edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə sahil mühafizə xidmətinin məlumatında bildirilir.

Məlumata görə, xilas olunan miqrantlar 15 rezin qayıq vasitəsilə dənizi keçməyə cəhd ediblər.
 
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ilin əvvəlindən dəniz yolu ilə İspaniyaya 8 min miqrant keçib, 121 nəfər Aralıq dənizini qeyri-leqal yolla keçməyə cəhd edərkən həyatını itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.