Dünya

ABŞ-da dərman maxinasiyası ilə məşğul olan erməni cinayətkar qruplaşmasının üzvləri həbs edilib

16 Avqust 2017 22:28
0 Şərh     Baxış: 1 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Los-Anceles şəhərində 2 milyon dərman tabletinin qanunsuz satışı və maxinasiyası ilə məşğul olan ermənilərdən ibarət cinayətkar qruplaşmanın üzvləri həbs edilib.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, həbs edilənlərdən biri, 36 yaşlı Minas Matosyan "Mayk Mazeratti" ləqəbi ilə məşhurdur. İttihama əsasən, o qruplaşmanın fəaliyyət sxemin başçısı imiş və korrupsioner həkimlərin toplanılması, digər həkimlərin şəhadətnamələrinin oğurluğunun monitorinqi ilə məşğul olub. Bununla yanaşı, narkotik tərkibli fırıldaqçı reseptlərin və həblərin satışı ilə bağlı danışıqlar aparıb.

Bundan əlavə, fırıldaqçılar həkimlərin sənədlərini oğurlayıblar ki, əgər tibb işçiləri cinayətkar qruplaşma ilə işləməkdən imtina etsələr, onların adından reseptlər yazmaq və tabletlər satmaq mümkün olsun.

Cinayət faktı ilə bağlı 12 nəfər saxlanılıb. Cinayətkarlar arasında hətta hüquqşünas və qadınlar da var. Saxlanılanlar 52 yaşlı Armen Simonyan, 66 yaşlı Qrişa Sayadyan, 50 yaşlı vəkil Fred Minasyan, 30 yaşlı Ayk Matosyan, 25 yaşlı Elizabet Qyurumcan və 27 yaşlı Anait Qyurumcan və digər fırıldaqçılardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.