Dünya

Yunanıstan Avropadan kömək istədi

16 Avqust 2017 17:22
0 Şərh     Baxış: 1 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstan meşə yanğınları ilə mübarizədə yardım üçün Avropa İttifaqına müraciət edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, avqustun əvvəlindən başlayaraq ölkə boyunca meşə yanğınları tüğyan edir.

Yerli yanğınsöndürənlərin alovun qarşısını ala bilmədiyi deyilir. Təkcə avqustun 14-ü 91, avqustun 15-i isə 55 yeni yanğın ocağı aşkar edilib.

Son sutka ərzində isə 33 yeni yanğın hadisəsi qeydə alınıb.

Yunanıstanın bəzi regionlarında fövqəladə vəziyyət elan edilib.

Kipr 60 nəfərdən ibarət qrupu Yunanıstana göndərəcəyini deyib. Fransa isə öz ərazisində meşə yanğınları ilə mübarizə apardığı üçün yardım yollamaqdan imtina edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.