Dünya

Erməni iş adamı terror törətmək istədiyini etiraf etdi

16 Avqust 2017 16:45
0 Şərh     Baxış: 1 100
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il "Sitibank"ın Moskvanın Bolşaya Nikitinskaya küçəsində yerləşən şöbəsində 4 nəfəri girov götürən və özünü partladacağı ilə hədələyən, daha sonra polisə təslim olan erməni sahibkar dindirilmə zamanı günahını etiraf edib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, sahibkar Aram Petrosyan təqsirini etiraf edən ifadə verib: "Mən günahımı qəbul edirəm".

Sahibkarın vəkili Stanislav Malçev isə bildirib ki, müvəkkilinə qarşı girov götürülən şəxs tərəfindən mənəvi və fiziki zərər qarşılığında 50 min rubl dəyərində vəsatət qaldırılıb.

Qeyd edək ki, hücumdan əvvəl internetdə dərc etdiyi videoçarxda Aram Petrosyan müflisləşməsi səbəbindən avqustun 24-də terror törədəcəyini bildirmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.