Dünya

Rusiyanın Xəzər donanması həyəcan siqnalı ilə qaldırıldı

16 Avqust 2017 10:36
0 Şərh     Baxış: 1 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Hərbi Dəniz Donanmasının Xəzər donanması təlimlər üçün həyəcan siqnalı ilə qaldırılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "İnterfaks"a RF Cənub hərbi dairəsinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vadim Astafyev məlumat verib. O bildirib ki, komanda-qərargah təlimləri çərçivəsində Xəzər donanmasının hərbi hissələri və gəmiləri hərbi hazırlığın yoxlanılması üzrə tədbirlər yerinə yetirir: "Təlimlərə 1500 hərbçi, 20-dən çox hərbi və təminat gəmiləri, 200 ədəd hərbi və xüsusi texnika cəlb olunub. Həştərxan vilayəti və Dağıstan Respublikasında dislokasiya olunmuş sahilyanı hərbi hissələr həyəcan siqnalı ilə qaldırılıb və hərbi-təlim vəzifələrinin yerinə yetirilməsinə başlayıb".
 
Təlim çərçivəsində döyüş gəmilərinin ekipajları yüksək dərəcəli döyüş hazırlığı siqnalı aldıqdan sonra dənizə çıxış və silah tətbiq etməyə hazırlığı sınaqdan keçiriblər. Hava hücumundan müdafiə və baza yerlərinin maskirovkası üzrə də təlimlər olub.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.