Dünya

Məşhur musiqiçinin ailəsinin içində olduğu maşını aşırmaq istədilər - "Niyə düşmənçilik edirsiniz?"

16 Avqust 2017 10:01
2 Şərh     Baxış: 1 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli məşhur musiqiçi Suavi və ailəsinin içində olduğu avtomobil Balıkesir - İstanbul yolunda başqa bir avtomobil tərəfindən hücuma məruz qalıb. 

Milli.Az Habertürk-ə istinadən xəbər verir ki, hadisə barədə Tvitter hesabından məlumat verən Suavinin yoldaşı Gönül Sayqan "Qəfil birdən avtomobil meydana çıxdı və yolumuzu kəsdi. Sağ tərəfdən bizə yaxınlaşdı, söydülər. Suavi tərəfdən şüşəyə bir şey atdılar. Onlar "avtoş" deyildilər, Suavini hədəf alan bir hücum idi" qeydini yazıb.

Musiqiçinin həyat yoldaşı sosial şəbəkə hesabındakı paylaşımını bu sözlərlə tamamlayıb:

"Qızımın saçının bir telinə görə dünyanı yandıraram. Mənim 5 yaşlı qızım bu dünyanın ən günahsız insanıdır. Bizə qarşı niyə düşmənçilik edirsiniz, səbəb? Prokurorluq avtomobil barədə ölkə daxilində axtarış əmri verdi".

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.