Dünya

İranda daha 3 nəfər edam edildi

15 Avqust 2017 22:31
7 Şərh     Baxış: 2 140
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında, eləcə də qətldə günahlandırılan daha 3 nəfər edam edilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, edamlar bir neçə gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, narkotik maddə qaçaqmalçılığında təqsirli bilinən Həmzə Rəhimpur və Abbas Suqi avqustun 8-i sübh saatlarında İranın Zəncan şəhərinin mərkəzi zindanında dara çəkilib.

Qəsdən adam öldürmədə günahlandırılan və 5 ildir həbsdə saxlanılan 38 yaşlı Tohid Həqmuradi avqustun 10-da Şimali Xorasan əyalətinin Şirvan şəhərinin həbsxanasında dar ağacından asılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.