Dünya

Ziqmar Qabriel Trampı tənqid edib

13 Avqust 2017 17:45
0 Şərh     Baxış: 1 137
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya xarici işlər naziri Ziqmar Qabriel ABŞ prezidenti Donald Trampın Şimali Koreyanın təxribatına reaksiyasını tənqid edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Z. Qabriel "Redaktionsnetzwerk Deutschland" nəşr qrupuna müsahibəsində deyib ki, şəxsi qolf klubunda oturub cəhənnəm barədə danışmaq düzgün reaksiya deyil və belə məsuliyyətsizlik şok durum yaradır.

Bununla belə, Almaniya xarici işlər naziri qarşıdurmanın gərginləşməsinə görə əsas məsuliyyətin Şimali Koreya lideri Kim Çen Inın üzərində olduğunu vurğulayıb. Z. Qabriel ABŞ və Cənubi Koreyanı avqustun 21-də planlaşdırılan hərbi təlimi "mümkün qədər az təhrikedici formada" keçirməyə çağırıb: "Əks halda Şimali Koreya bu təlimləri bəhanə edərək Guam adasına orta mənzilli raketlərlə zərbə endirmək kimi yeni təxribatlara əl ata bilər".
 
Almaniya xarici işlər naziri Rusiya və Çini Pxenyana təzyiqləri artırmağa da çağırıb: "Qonşu ölkələrin Şimali Koreyanın ağılsız hərəkətlərindən qorunmaq üçün nüvə silahları ilə silahlanması Çinin maraqlarına uyğun ola bilməz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.