Dünya

Saakaşvili ekstradisiya olunacaq?

13 Avqust 2017 13:44
0 Şərh     Baxış: 1 955

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) daxili işlər naziri Georgi Mqebrişvilinin ukraynalı həmkarı Arsen Avakov və digər rəsmi şəxslərlə sabiq prezident Mixail Saakaşvilinin Ukraynadan deportasiya edilməsini müzakirə etdiyi barədə yayılan xəbəri təkzib edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Gürcüstan DİN iki ölkənin daxili işlər nazirlərinin qorunmayan telefon xətti ilə dövlət əhəmiyyətli məsələni müzakirə etməsi xəbərinin də qeyri-ciddi bir məsələ olduğunu vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl internetdə rusiyalı prankerlər Vladimir Kuznetsev və Aleksey Stolyarovun Ukrayna daxili işlər naziri A. Avakovun adından Gürcüstan daxili işlər nazirinə zəng etməsi və M. Saakaşvilinin Ukraynaya dönəcəyi halda Gürcüstana ekstradisiyası məsələsinin müzakirə edildiyi barədə informasiya yayılıb. Prankerlər G. Mqebrişvili ilə danışığın əks olunduğu iddia edilən audioyazını da yayıblar.
 
Xatırladaq ki, Gürcüstan Baş Prokurorluğu M. Saakaşvili barədə qiyabi həbs hökmü verib və haqqında axtarış elan edib. Bu il iyulun 26-da isə M. Saakaşvili Ukrayna prezidenti Petra Poroşenko tərəfindən Ukrayna vətəndaşlığından məhrum edilib. 

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.