Dünya

15 nəfəri öldürən fil güllələnib

13 Avqust 2017 13:26
1 Şərh     Baxış: 1 093

Hindistanın Carkxand ştatında 15 nəfəri tapdayaraq öldürən aqressiv fil güllələnərək öldürülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 20-25 yaşlı erkək fil mart ayından indiyə qədər Carkxand ştatında 11 nəfəri, qonşu Bihar ştatında isə 4 nəfəri öldürüb.

Yerli əhali çoxdan bu filin öldürülməsini tələb etsə də, ətraf mühitin qorunması ilə bağlı qanunvericilik məsələnin tez həllini mümkünsüz edib. Qanuna əsasən vəhşi heyvanların ovu qadağandır, aqressiv heyvanların məhv edilməsi üçün isə xüsusi icazə tələb edilir. Filin insanlara hücumunun dayanması hakimiyyəti belə bir qərar qəbul etməyə məcbur edib.
 
Qeyd edək ki, müxtəlif hesablamalara əsasən Hindistanda 30 min fil var. Ancaq kəndlərin və əkin sahələrinin meşələrə doğru yayılması ilə fillərin qidalandığı areal tədricən azalır və bu böyük heyvanlar bəzən kəndlilərə hücum etməyə başlayır.

Milli.Az

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Efqan · 13 Avqust 20:5600

    Gözleyerdiler 15 neferide öldürerdi . Ne tez öldürdüler bu fili

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.