Dünya

ABŞ-da helikopter qəzaya uğradı: ölənlər var

13 Avqust 2017 12:14
0 Şərh     Baxış: 635

ABŞ-ın Virciniya ştatının Şarlottesvil şəhərində ştatın polis idarəsinə məxsus bir helikopter qolf meydançasının yaxınlığında düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə zamanı qəza nəticəsində helikopterdə olan 2 pilot ölüb.

Məlumata görə, həmin helikopter şəhərdə mitinq keçirən qrupu izləmək üçün uçuş həyata keçirirmiş.

Hadisə ilə əlaqədar prezident Donald Tramp ölənlərin ailəsinə və yaxınlarına başsağlığı mesajı yayımlayıb.

Qeyd edək ki, şəhərdə bir neçə gündür kütləvi aksiyalar keçirilir. Aksiyalar Amerika vətəndaş müharibəsində Konfederasiya ordusunun komandiri olmuş general Robert Linin heykəlinin götürülməsindən sonra başlayıb. Şəhərdə vəziyyət gərginləşdiyi üçün fövqəladə vəziyyət rejimoi elan edilib.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.