Dünya

Yer kürəsi üçün TƏHLÜKƏ - Nəhəng asteroid yaxınlaşır

11 Avqust 2017 19:29
6 Şərh     Baxış: 5 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yer kürəsinə çoxmərtəbəli bina boyda bir asteroid yaxınlaşır.

O, planetimizin yaxınlığından bu il oktyabrın 12-də keçəcək.

Milli.Az xəbər verir ki, alimlər bu asteroidə 2012 TC4 adını veriblər. Onun Yerə maksimal yaxınlaşması zamanı məsafə cəmi 44 min km təşkil edəcək. Bu isə Yerlə Ay arasında olan məsafədən dəfələrlə (384 403 km) azdır.

Nəhəng asteroidin diametri 15 km-dən 30 km-dək təşkil edir. Avropa Kosmik Agentliyinin mütəxəssislərinin fikrincə, asteroidin yaxınlaşacağı məsafə Yer üçün çox təhlükəlidir, bununla belə onun Yerlə toqquşması ehtimalı çox deyil.

Qeyd edək ki, bu asteroid kosmosda ilk dəfə 2012-ci ildə aşkar edilib.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.