Dünya

Müğənniyə təcavüz etdilər: "O çılpaq arxama toxunmağa davam edirdi" - FOTO

11 Avqust 2017 15:30
4 Şərh     Baxış: 12 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-lı müğənni Teylor Svift 2013-cü ildəki bir konsertindən sonra şəkil çəkdirdikləri zaman DJ David Muellerin əlini ətəyinin altına salaraq ona təcavüz etdiyini deyib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Svift "Mən uzaqlaşmağa çalışarkən o çılpaq arxama toxunmağa davam edirdi" deyib.

Qeyd edək ki, Svift isə Muellerə qarşı iddia açaraq təcavüzə uğradığını demişdi və simvolik olaraq 1 dollar istəmişdi.

Muellerin vəkilinin "Sizcə, Mueller haqq etdiyi cəzanı aldı?" sualına Svift "Mueller haqqında heç bir şey hiss etmirəm. Onu tanımıram. Məncə, etdiyi alçaqlıq, qorxunc və şokedici hərəkət idi" deyib.

Mueller isə iddiaları rədd edib və Sviftin ombalarına deyil qabırğalarına toxunduğunu söyləyib.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.