Dünya

London metrosu tüstüyə büründü: 4 nəfər zəhərləndi - YENİLƏNİB - FOTO

11 Avqust 2017 16:57
0 Şərh     Baxış: 1 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:57

London metrosunda qatarın tüstüləməsi nəticəsində dörd nəfər zəhərlənib, onlardan ikisi xəstəxanaya yerləşdirilib.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniya paytaxtının təcili yardım xidmətinin rəsmi nümayəndəsi bildirib.

Onun sözlərinə görə, dəm qazı ilə zəhərlənənlərdən ikisinin xəstəxanaya yerləşdirilməsi ehtiyat tədbirləri ilə əlaqədardır. Onların heç bir həyati təhlükəsi yoxdur.

Londonun yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi yanğının miqyasının elə də böyük olmadığını, hazırda yanğının başvermə səbəblərinin araşdırıldığını vurğulayıb.

-----------

13:57

London metropolitenində qatarların birində yanğın baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar həmin xəttdə qatarların hərəkəti dayandırılıb.

İnsanlar təxliyə edildikdən sonra stansiya polis tərəfindən bağlanıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.