Dünya

ABŞ ordusunun qərargah rəisi Gürcüstandadır

10 Avqust 2017 20:18
0 Şərh     Baxış: 1 314
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ ordusunun qərargah rəisi, general Mark Mayli Gürcüstana ikigünlük rəsmi səfər edib.

Milli.Az "Report"a istinadən bildirir ki, onu Tbilisi hava limanında Gürcüstan müdafiə nazirinin müavini Lela Çikovani və Gürcüstan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini, polkovnik Nikoloz Cancaqava, ABŞ-ın Xoxenfelsdəki hərbi-təlim bazasının rəisi Antonio Aquto qarşılayıb.
O, səfər çərçivəsində Tbilisi yaxınlığındakı Vaziani hərbi aerodromunda keçirilən NATO tərəfkeşlərinin "Ləyaqətli tərəfkeş - 2017" və çoxmilli hərbi təlimi izləyəcək.
Amerikalı general Gürcüstanın müdafiə naziri Levan İzoriya, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Vladimir Çaçibaya və ölkənin başqa hərbi rəsmiləri ilə də görüşəcək.
Məlumata görə, bu ilin sentyabrında ABŞ-la Gürcüstan arasında müdafiə hazırlığı proqramının imzalanacağı planlaşdırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.