Gürcüstanın Xarici İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putinin Abxaziyaya səfərini qınayıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, müvafiq bəyanat avqustun 8-də, qurumun rəsmi saytında yerləşdirilib.
Rəsmi Tbilisi hesab edir ki, Rusiya liderinin respublikaya səfəri beynəlxalq hüququn əsas norma və prinsiplərini pozur.
"Xarici İşlər Nazirliyi Rusiya Federasiyasını Gürcüstana qarşı təxribat xarakterli addımlardan çəkinməyə və ölkənin ərazi bütövlüyünə tanımağa çağırır", - bəyanatda deyilir.
Milli.Az