Dünya

Gürcüstan bir ildə turizmdən 1 milyard dollardan çox qazandı

8 Avqust 2017 18:16
2 Şərh     Baxış: 1 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2017-ci ilin birinci yarısında Gürcüstan xarici turizmdən 1,09 milyard dollar gəlir əldə edib.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, Gürcüstan Milli Bankının məlumatına görə, cari ilin ikinci rübündə turizm gəlirləri 659 milyon dollar olub.

Bu da ötən ilin eyni dövrünün göstəricisindən 28 faiz çoxdur. 2017-ci ilin birinci rübündə isə turizmdən 434,6 milyon dollar gəlir əldə edilib.

Qeyd edək ki, 2017-ci ilin ilk yeddi ayı ərzində Gürcüstana 3 978 657 əcnəbi səfər edib ki, bu da ötən ilin analoji göstəricisindən 16,8 faiz çoxdur. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.