Dünya

Saakaşvili Polşaya Ukrayna pasportu ilə gəldi - VİDEO

7 Avqust 2017 17:06
0 Şərh     Baxış: 1 996
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Polşaya daxil olduğu sənədi - Ukrayna vətəndaşının pasportunu təqdim edib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bununla bağlı müvafiq video Saakaşvilinin Facebook səhifəsində bu gün - 7 avqustda yerləşdirilib.

"Mən (...) Amerikada aeroporta getdim, təyyarəyə əyləşdim, onlar mənim pasportuma baxdılar, heç bir problem olmadı. Baxmayaraq ki, Ukrayna Daxili İşlər Nazirliyinin başçısı Arsen Avakov ABŞ-da fəaliyyətdə olan səfiri çağırıb xəbərdarlıq etmişdi ki, məni bu pasportla buraxmasınlar", - deyə Avromaydan tərəfdarları ilə görüşündə siyasətçi açıqlama verib.

Saakaşvili əlavə edib ki, Polşaya uçub gələndə də ona gülümsəyib "Xoş gəlmisiniz" deyiblər. O sonda həmçinin vurğulayıb ki, Ukrayna pasportunun olması ilə fəxr edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Saakaşvili öz Ukrayna pasportunu göstərdi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.