Dünya

17 yaşlı qızın ölümü 6 nəfərin yaşamağına səbəb oldu - FOTO

7 Avqust 2017 16:12
4 Şərh     Baxış: 6 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Hatay vilayətində evlərinin eyvanından yıxıldıqdan sonra ölən 17 yaşlı Kübra Nur Coşkunun bağışlanan orqanları 6 xəstəni həyata qaytarıb. 

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, həkim olmaq xəyalları quran Kübra Nur Coşkun bunu bacarmasa da 6 xəstənin sağlamlığına qovuşmasında səbəbkar olub.

28 iyul günü ailəsiylə birlikdə yaşadığı evlərinin eyvanından yıxılaraq ağır yaralanan 17 yaşlı Kübra Nur Coşkun xəstəxanaya çatdırılıb.

Vəziyyəti ağır olan qızın beyin ölümü keçirdiyi açıqlanandan sonra ailəsi qızlarının orqanlarını bağışlama qərar verib. Kübra Nur Coşkunun götürülən böyrəkləri, qaraciyəri, göz qişası və ağciyəri orqan nəqli gözləyən 6 adama ümid olub.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.