Dünya

Saakaşvili Ukraynaya qayıdacağını bəyan etdi

7 Avqust 2017 12:20
0 Şərh     Baxış: 1 277
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın keçmiş prezidenti və Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya qanunsuz yollarla qayıtmaq istəmədiyini bildirib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna vətəndaşlığından çıxarılan Saakaşvili Varşavada keçirilən mətbuat konfransında deyib.

"Mənim üçün komfortlu səyahət yoxdur. Amma buna maşının yük yerində getmək daxil deyil. Mən Ukraynaya geri dönəcəyəm. Ancaq bu, leqal yollarla, qanuni şəkildə olacaq" .

Saakaşvilinin sözlərinə görə, o, hazırda hüquqi bazanın öyrənilməsi və yeni təkliflər barədə düşünür. Yalnız hazırlıqlar başa çatdırdan sonra Saakaşvili Ukraynaya dönəcəyini vurğulayıb.

"Hökumət milyonlarla ukraynalının fikirini iqnor edə bilməz. Mən Ukraynanın Avropa nəhəngi olmasını istəyirəm. Bu, olacaq və mən də həmin zaman bunu Ukraynanın bir parçası olaraq qarşılayacağam" - Saakaşvili deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.