Dünya

İranın şimal-qərbində 2 silahlı məhv edilib, 4-ü yaralanıb

6 Avqust 2017 21:56
0 Şərh     Baxış: 1 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran hərbçiləri ölkənin şimal-qərbində 2 silahlını məhv edib, 4-ü yaralayıblar.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyinə  İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur bildirib.
 
İnsidentin Türkiyə və İraqla sərhəddə yerləşən Qərbi Azərbaycan əyalətində baş verdiyi bildirilir. Silahlıların hansı qruplaşmanın üzvləri olduğu barədə məlumat verilmir. M.Pakpurun sözlərinə görə, silahlılardan külli miqdarda silah-sursat, texnika və  hərbi sənədlər müsadirə edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.