Dünya

Tbilisidə kilsənin həyətində məscid tikiləcək - FOTO

4 Avqust 2017 09:53
0 Şərh     Baxış: 1 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tbilisidə fəaliyyət göstərən Evangilis-Baptist kilsəsinin həyətində yeni məscid tikiləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Evangilis-Baptist kilsəsinin baş yepiskopu Malxaz Songuluşivi bildirib.

O deyib ki, kilsənin həyətində üç səmavi dinin ibadət ocaqlarının tikilməsi barədə qərar qəbul olunub. Kilsənin sol tərəfində sinaqoq, sağ tərəfində isə məscid tikiləcək.
Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbərliyi bu tolerant ideyanı dəstəkləyib.

Avqustun 3-də məscidin təməlqoyma mərasimi olub və müsəlman dini icmalarının rəhbərləri mərasimdə iştirak ediblər.
Bildirilib ki, yeni tikiləcək məscidin uzunluğu 8, eni 5 metr olacaq. Məsciddə, həmçinin kitabxana da fəaliyyət göstərəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.